Yuxarı

İranın nüvə obyektlərində yoxlama aparılacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın nüvə obyektlərində yoxlama aparılacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ABŞ və İran arasında əldə olunmuş razılaşma çərçivəsində yaxın vaxtlarda Tehranın nüvə obyektlərində yoxlamalara başlayacağına ümid edir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bunu MAQATE baş direktoru Rafael Qrossi deyib.

“Anlaşma memorandumunda açıq şəkildə bildirilir ki, nüvə sahəsi nəzarət altında olacaq. Bu nəzarəti MAQATE həyata keçirir. Nəzarətin təmin edilməsi üçün isə yoxlama aparılmalıdır, başqa yol yoxdur. Artıq texniki hazırlıq işlərinə başlanılıb, yaxın vaxtlarda yoxlamalara başlamağı planlaşdırırıq”, - o vurğulayıb.

İranda yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının yerləşdiyi obyektlər barədə danışan Qrossi qeyd edib ki, bu resurslar 2025-ci ilin iyun ayından olduqları yerdə qalır:

“Əsas hissəsi Fordo obyektində, bir hissəsi isə Natanzdadır. Bizim qiymətləndirməmiz belədir, amma bunu təsdiqləmək üçün ilk növbədə həmin obyektlərə giriş əldə etməliyik”.

Qrossi xatırladıb ki, MAQATE mütəxəssisləri 2025-ci ilin iyununda həyata keçirilən son səfər zamanı bütün bu materialı ölçüb, çəkib və möhürləyiblər: “Ona görə də növbəti addımı atmazdan əvvəl geri qayıdaraq möhürlərimizin salamat qalıb-qalmadığını, materialın hansısa hissəsinin yoxa çıxıb-çıxmadığını yoxlamalıyıq. Bu, bizim üçün birinci dərəcəli vəzifədir”.

Tarix
2026.06.26 / 09:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla