Yuxarı

İsrailin qondarma "erməni soyqırımı"nı tanıması... - Türkiyə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin qondarma "erməni soyqırımı"nı tanıması... - Türkiyə

Türkiyə Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı rəsmən tanımaq barədə qəbul etdiyi qərarı qətiyyətlə pisləyən bəyanat yayıb.

Axar.az xəbər verir ki, qardaş ölkənin xarici siyasət idarəsi İsrailin bu addımını öz cinayətlərini ört-basdır etmək cəhdi kimi qiymətləndirib:

"Bütün dünyanın gözü qarşısında Fələstin xalqına qarşı sistemli şəkildə zülm edən və Qəzza əhalisinə qarşı soyqırımı törətmək ittihamı ilə BMT-nin Beynəlxalq Məhkəməsində mühakimə olunan İsrail hökuməti, 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi siyasi qərarla öz cinayətlərini gizlətməyə çalışır.

Hüquqi və tarixi faktlara məhəl qoymayan bu bədxah təşəbbüs, fələstinlilərə qarşı törədilmiş cinayətlərlə əlaqədar Beynəlxalq Cinayət Məhkəməsinin araşdırması çərçivəsində barələrində həbs qətiimkan tədbiri çıxarılan Netanyahu və onun ortaqlarının düşdüyü çarəsiz vəziyyəti açıq şəkildə ortaya qoyur".

Nazirliyin bəyanatında həmçinin qeyd olunub ki, Ankara rəsmi Təl-Əvivin regiondakı dağıdıcı fəaliyyətinə qarşı mübarizəni davam etdirəcək:

"Türkiyə İsrailin regiondakı ekspansiyonist və sabitliyi pozan siyasətinə son qoymaq, habelə Netanyahu hökumətinin mülki əhaliyə, xüsusən də Fələstin xalqına qarşı törətdiyi cinayətlərə görə qanun qarşısında cavab verməsi üçün qətiyyətlə fəaliyyət göstərməyə davam edəcək".

Xatırladaq ki, bundan əvvəl İsrail hökuməti yekdilliklə qondarma "erməni soyqırımı"nın rəsmən tanınmasının lehinə səs verib. Müvafiq qətnaməni Nazirlər Kabinetinin səsverməsinə ölkənin xarici işlər naziri Gideon Saar təqdim edib.

Tarix
2026.06.28 / 23:32
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov ATƏT-in baş katibi ilə görüşdü

XİN rəhbəri Tahsin Ərtoğruloğlu ilə görüşdü

TDT XİN Şurasının iclası keçirildi

Bakıda forum: bu mövzuda panel sessiya keçirildi

Bakıda keçirilən bu forumu böyük önəm kəsb edir

Bayramov və Mirzoyan protokolu bilərəkdən pozdu? - Foto

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə!

ABŞ Cənubi Qafqaz regionuna... - Karlon

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla