Yuxarı

Qazaxıstan ordunu döyüş hazırlığına gətirdi: Savaşa girəcək?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxıstan ordunu döyüş hazırlığına gətirdi: Savaşa girəcək?

Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi endirərsə və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq?

Axar.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Mərkəzi Asiyanın bu iki dövlətinin KTMT üzvü olmasına baxmayaraq, Belarusun dəstək çağırışına seyrçi qalacağını bildirib.

“Çünki birincisi, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyəti yoxdur.

İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu, KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu, Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar.

Bu arada, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil. Qazaxıstan Müdafiə Nazirliyinin yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə, Astanaya təzyiq etmək istəyənlərə mesajdır”, - politoloq qeyd edib.

Tarix
2026.06.29 / 12:02
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla