Yuxarı

Avropa üçün son 15 ilin ən riskli dövrü başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa üçün son 15 ilin ən riskli dövrü başlayır

Avropa Birliyi ən azı son 15 il ərzində ən aşağı qaz ehtiyatı səviyyəsi ilə növbəti istilik mövsümünə daxil ola bilər. Bu isə qış aylarında biznes və ev təsərrüfatları üçün təbii qazın qiymətlərinin artması riskini yaradır.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşri yazıb.

“Wood Mackenzie” konsaltinq şirkətinin proqnozuna görə, ənənəvi olaraq aprel-oktyabr aylarını əhatə edən qaz anbarlarının doldurulması mövsümünün sonunda AB-də yeraltı qaz anbarları cəmi 76% dolu olacaq. Bu göstərici ən azı 2011-ci ildən bəri mövsüm sonu üçün qeydə alınan ən aşağı səviyyə sayılır.

Bildirilir ki, bu vəziyyətə bir neçə amil səbəb olub. ABŞ və İran arasında yaranmış münaqişə nəticəsində Hörmüz boğazı vasitəsilə mayeləşdirilmiş təbii qazın (LNG) daşınması dayandırılıb. Halbuki dünya üzrə LNG tədarükünün təxminən beşdə biri məhz bu marşrutdan həyata keçirilirdi. Bundan əlavə, Qətər və Birləşmiş Ərəb Əmirliklərində qaz hasilatının azalması da ehtiyatların bərpasını çətinləşdirib.

Xüsusilə soyuq keçən qışdan sonra AB qaz anbarlarını cəmi 28% doluluq səviyyəsi ilə doldurma mövsümünə başlayıb ki, bu da həmin dövr üçün adi göstəricidən aşağıdır. Hazırda isə anbarların orta doluluq səviyyəsi 48% təşkil edir.

ABŞ və İsrailin fevral ayının sonunda İrana endirdiyi birgə zərbələrdən sonra Avropada qazın qiyməti kəskin bahalaşsa da, son vaxtlar qiymətlər nisbətən sabit qalıb. Lakin bu da başqa bir problem yaradıb: Avropa qaz hablarında qiymətlər ABŞ başda olmaqla, digər ölkələrdən əlavə LNG yüklərinin Avropaya yönləndirilməsi üçün kifayət qədər cəlbedici deyil.

Tarix
2026.06.30 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu etməsək, Bakı sülh sazişini imzalamayacaq

30 yaşında deputat, 35 yaşında nazir oldu

Prezident Yohan David Vadefulla görüşdü

İlham Əliyev Mariam Kvrivişvilini qəbul etdi

Azərbaycanda məzuniyyətə çıxmaq məcburi olacaq

Hər bir azərbaycanlı müstəqil dövləti ilə qürur duyur!

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Nəsimi Ermənistana hansı silah-sursatla keçib?

Almaniya xarici işlər naziri Azərbaycana gəlir

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla