Yuxarı

Bu, Rusiya üçün ciddi problemlər yaradır - Qordon

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Rusiya üçün ciddi problemlər yaradır - Qordon

Rusiyanın Prezidenti Vladimir Putin ilk dəfə açıq şəkildə etiraf edib ki, Ukraynanın uzaqmənzilli PUA-ları və raketlərlə həyata keçirdiyi zərbələr Rusiya üçün ciddi problemlər yaradır. Məhz bu, Kremlin Ukraynaya qarşı müharibədə vəziyyətinin getdikcə daha çətin olduğunu dərk etməsinin ən aydın əlaməti hesab olunur.

Axar.az xəbər verir ki, bu fikri britaniyalı hərbi ekspert Hemiş de Bretton-Qordon bildirib.

O qeyd edib ki, Putin döyüş əməliyyatlarını ilk dəfə olaraq ənənəvi Kremlin ifadəsi olan "xüsusi hərbi əməliyyat" deyil, "müharibə" adlandırıb.

Ekspertin sözlərinə görə, bu, Putin üçün olduqca nadir haldır. O qeyd edir ki, münaqişə artıq I Dünya müharibəsindən daha uzun müddətdir davam edir və bu fakt xüsusilə diqqətəlayiqdir.

Qordon işğal altındakı Krımdakı vəziyyətə də xüsusi diqqət ayırıb:

“Sevastopolda yanacaq çatışmazlığı və elektrik təchizatındakı fasilələr səbəbindən fövqəladə vəziyyət rejiminin tətbiq olunması görünməmiş bir siqnaldır.

Bu fövqəladə hadisələr Rusiya hərbçilərinin artıq Putinin uzun illər toxunulmaz ərazi kimi təqdim etdiyi Krımın təhlükəsizliyinə zəmanət verə bilmədiyini açıq şəkildə etiraf etməsi deməkdir".

Tarix
2026.07.03 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla