Yuxarı

Misir çəyirtkələri Abşeron çimərliyini basdı – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Misir çəyirtkələri Abşeron çimərliyini basdı – Video

Çəyirtkələr Abşeron rayonu ərazisindəki çimərliyə axın edib.

Axar.az Baku.vs-ə istinadla xəbər verir ki, görüntülər yay aylarında sakinlərin ən çox üz tutduğu Novxanı çimərliyində qeydə alınıb.

Sumqayıtda dənizkənarı ərazilərə də çəyirtkələrin kütləvi axınının görüntüləri yayılıb.

Canlı Sistemlərin Tədqiqi İnstitutu PHŞ əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru dosent Barat Əhmədov Oxu.az-a açıqlamasında Abşeron yarımadası ərazisində yayılan çəyirtkənin Misir çəyirtkəsinə bənzədiyini bildirib:

Onun sözlərinə görə, bir neçə il bundan əvvəl də sözügedən ərazilərdə çəyirtkə yayılmışdı:

"Onda da Bitki Mühafizəsi İdarəsi tərəfindən dərmanlama aparıldı və onlar məhv oldular. Görünür, hardasa onların populyasiyaları qalıb. Çəyirtkələr ildə iki-üç dəfə nəsil artırırlar.

Abşeronda bəzi bitki örtüyü zəngin olan yerlərdə məskunlaşır və qidalanırlar. Görünür, onların yumurta qoyduqları ərazilər ya əkin sahəsinə çevrilib, ya da oradakı bitki örtüyü ləğv edilib. Ona görə də qidalanmaq üçün müxtəlif yerlərə uçub gedirlər.

Qorxulu bir şey yoxdur".

Tarix
2026.07.03 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla