Yuxarı

Avropa ABŞ-sız böyük savaşa hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa ABŞ-sız böyük savaşa hazırlaşır

NATO-nun şərq cinahında yerləşən ölkələr sərhədlərini və müdafiə imkanlarını fəal şəkildə gücləndirir. Onlar düşünür ki, mümkün münaqişə zamanı müəyyən müddət ərzində Rusiya hücumunu öz qüvvələri hesabına dəf etmək məcburiyyətində qala bilər.

Axar.az xəbər verir ki, bu barədə "Politiko" məlumat yayıb.

Məlumata görə, Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalının başlamasından sonra NATO-nun şərq sərhədində vəziyyət köklü şəkildə dəyişib:

"Əlavə amillərdən biri də ABŞ-ın müttəfiqləri qarşısındakı öhdəliklərinə yenidən baxıla biləcəyinə dair bəyanatlarından sonra Amerikanın Avropanın təhlükəsizliyində gələcək rolu ilə bağlı yaranan qeyri-müəyyənlik olub. Peyk görüntüləri Rusiyanın Finlandiya və alyansın digər üzv ölkələri ilə sərhədləri yaxınlığında hərbi mövcudluğunu gücləndirdiyini göstərir. Məhz buna görə də region ölkələri istehkamların tikintisini sürətləndirir, silahlanmanı gücləndirir, ehtiyat qüvvələrini genişləndirir və hərbçilərin hazırlığını artırırlar".

Nəşr xüsusilə Finlandiyaya diqqət çəkir:

"Çünki Finlandiya NATO üzvləri arasında Rusiya ilə ən uzun quru sərhədinə (1300 kilometr) malik ölkədir. Avropanın əksər ölkələrindən fərqli olaraq, Finlandiya Soyuq müharibə başa çatdıqdan sonra da məcburi hərbi xidməti saxlayıb və ümumi müdafiə konsepsiyasını inkişaf etdirib".

Tarix
2026.07.06 / 07:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla