Yuxarı

Ukrayna zərbələri 11 dəfə artırdı - Putindən əmr

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna zərbələri 11 dəfə artırdı - Putindən əmr

Ukrayna Rusiyanın enerji infrastrukturuna misli görünməmiş intensivliklə zərbələr endirir. Bu isə Rusiyada son onilliklərin ən ciddi yanacaq böhranını dərinləşdirir.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Ukrayna may ayında Rusiyanın neft emalı zavodlarına 16 uğurlu zərbə endirib, bu da bir ay ərzində qeydə alınan rekord göstəricidir:

"2026-cı ilin əvvəlindən etibarən Rusiyanın neft emalı zavodlarına ən azı 194 zərbə endirilib, bu da ötən ilin eyni dövrünün göstəricisindən 11 dəfə çoxdur. Bu il Ukrayna və Rusiya dronlar və raketlər vasitəsilə rekord sayda zərbələr endirib.

Rusiyanın Putinin maksimalist məqsədlərinə yönəlməsi Moskvanın gələn ilin fevralınadək hər hansı konstruktiv danışıqlarda iştirak etməsini sual altına qoyur. Hazırda ruslar üçün ən arzuolunan ssenari hələ də amerikalıların Ukraynanı onlara "təhvil verməsidir". Onlar hər hansı güzəştə gedəcəklərinə dair zərrə qədər də işarə vermirlər. Bundan əlavə, quru əməliyyatlarının əhəmiyyətli dərəcədə ləngiməsinə baxmayaraq, Putinin Rusiya qoşunlarına ilin sonunadək Donetskin qalan hissəsini ələ keçirmək tapşırığı verdiyi bildirilir".

Tarix
2026.07.06 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla