Yuxarı

Kiyev "İsgəndər"lə vuruldu: ölənlərin sayı artdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kiyev "İsgəndər"lə vuruldu: ölənlərin sayı artdı - Video

08:43

Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə raket və pilotsuz uçuş aparatları ilə kütləvi hücum edib.

Axar.az Ukayna mediasına istinadla xəbər verir ki, hücum nəticəsində 7 nəfər həlak olub, 24 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub.

Məlumata görə, son dəqiqələr ərzində Kiyev istiqamətinə "Kalibr", "Geran", "Zirkon" və "İsgəndər" tipli raketlər buraxılıb.

Bundan əlavə, Kiyev SES ərazisinə və Çerniqov şəhərinə də zərbələr endirildiyi bildirilir.

***

Kiyevə kütləvi raket və dron zərbələri nəticəsində mülki insanlar arasında ölənlərin sayı 11 nəfərə çatıb, 46 nəfər isə yaralanıb.

Bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko Teleqram səhifəsində yazıb.

Kiyevin müxtəlif rayonlarında 20-yə yaxın ərazidə dağıntı qeydə alınıb.

Dağıntılar altında insanların qaldığı ehtimal edilir. Rəqəmlərin dəyişəcəyi istisna edilmir.

***

Rusiyanın Kiyevə zərbə endirməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.

Bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Tarix
2026.07.06 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla