Yuxarı

Ermənistan əhalisinin sayı ilə bağlı şok - Araşdırma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan əhalisinin sayı ilə bağlı şok - Araşdırma

2050-ci ilədək Ermənistan əhalisinin sayı 2,4 milyon nəfərə qədər azalacaq. Azərbaycan əhalisi isə o vaxta qədər 10,8 milyon nəfərə çatacaq.

Report xəbər verir ki, bu məlumatlar "Populeyşn Referens Bureau" qeyri-hökumət təşkilatının araşdırmaları əsasında təqdim olunub.

Araşdırmada qeyd olunub ki, hazırda Ermənistan və Azərbaycanda müvafiq olaraq, 3 milyon və 9,8 milyon nəfər yaşayır. Eyni zamanda, 2016-cı ildə Ermənistanda yaşı 65-dən çox olan sakinlərin ümumi ölkə əhalisinin 11%-ni təşkil etdiyi halda, Azərbaycanda bu rəqəmin 6%-ə bərabər olduğu vurğulanıb. Gənclərin sayı da Azərbaycanda Ermənistandan daha çoxdur.

Region ölkələri arasında 2050-ci ilə qədər Gürcüstan (4 milyon nəfərdən 3 milyon nəfərə) və Rusiyanın (144 milyon nəfərdən 136 milyon nəfərə) da əhasilisində azalma müşahidə olunacaq. Türkiyə və İranda isə əhali sayı müvafiq olaraq, 93,5 milyon və 91,8 milyon nəfərə qədər artacaq.

Ümumilikdə dünyada 2050-ci ildə 9,8 milyard nəfər yaşayacaq. Onlardan 1,371 milyard nəfəri inkişaf etmiş ölkələrdə yaşayacaq.

Tarix
2016.10.01 / 19:52
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla