Yuxarı

Müharibə Putin qərar verəndə başa çatacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müharibə Putin qərar verəndə başa çatacaq

Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Rusiya ordusunun ən uğurlu günləri artıq geridə qalıb.

Axar.az xəbər verir ki, bunu amerikalı ekspert Ceyms Cey Karafano bildirib.

O qeyd edib ki, Putin Ukraynada qarşıya qoyduğu strateji məqsədlərə nail ola bilməyib. Döyüş əməliyyatları hələ aylarla, hətta daha uzun müddət davam edə bilər, lakin artıq bu məqsədlərə çatmaq mümkün deyil. Çünki Rusiya ordusu müharibədə kulminasiya nöqtəsini keçib.

Onun fikrincə, belə bir məqam yetişəndə üstünlük hücum edən tərəfdən müdafiə olunan tərəfə keçir:

"Müharibə rəsmi olaraq Putin geri çəkilməyə qərar verəndə başa çatacaq. Proqnoz verənlər istədiklərini deyə bilərlər, lakin vaxtın çatdığını yalnız Moskvadakı bir nəfər bilir. Bununla belə, rusların barışmalı olacağı reallıqlar var.

Hansı ssenarinin baş verməsindən asılı olmayaraq, Ukrayna müstəqil Avropa dövləti olaraq qalacaq və iqtisadi, eləcə də hərbi baxımdan Avropanın ən mühüm ölkələrindən biri olacaq. Bunun əsas səbəblərindən biri Avropanın ən böyük, döyüş təcrübəsi qazanmış ordusuna sahib olmasıdır. Bundan əlavə, Ukrayna artıq Avropanın ən məhsuldar və innovativ müdafiə-sənaye bazalarından birinə malikdir. Gələcəkdə Ukraynanın müdafiə sənayesi məhsullarına tələbat daha da artacaq”.

Tarix
2026.07.09 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla