Yuxarı

Çin mənim uduzmağımı istəyirdi, ona görə də... - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin mənim uduzmağımı istəyirdi, ona görə də... - Tramp

2018-ci ilin ortalarında Çin ABŞ-da keçirilən ara seçkilərin nəticələrinə və daha sonra 2020-ci il prezident seçkilərinin nəticələrinə təsir göstərmək üçün çalışırdı.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi mətbuat konfransı zamanı deyib.

“Çin hökuməti mənim 2020-ci il seçkilərində uduzmağımı istəyirdi, çünki mən onlara tariflər tətbiq etmişdim. 18 ştatda on milyonlarla seçicinin məlumatları Çin tərəfindən satın alınıb, oğurlanıb və ya haker hücumuna məruz qalıb. Ölənlər seçici siyahılarında aktiv şəxslər kimi qeyd olunub.

Rusiya, Çin, İran və Şimali Koreya da daxil olmaqla, ABŞ-ın rəqibləri ABŞ seçki infrastrukturunu pozmaq qabiliyyətinə malikdirlər.

Bu çıxışımı işıqlandırmayan televiziya kanallarının lisenziyaları ləğv edilməlidir”, - o bildirib.

Qeyd edək ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti və Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi Rusiya, İran və Çinin hakerlərinin 2016-cı ildən bəri dəfələrlə amerikalı seçicilərin məlumat bazalarına qanunsuz daxil olmağa cəhd göstərdiklərini açıqlayıb.

Tarix
2026.07.17 / 12:04
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla