Bəndər-Abbas və Qeşm adasında partlayışlar baş verdi
01:51
| Ana səhifə Planet |
|
Ukrayna sərhədçiləri Belarus ərazisindən mümkün düşmən hücumuna fəal şəkildə hazırlaşır və güclü müdafiə xətti qururlar.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
"Sərhəddə istehkamlar qurulur. Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti düşmənin sərhədi yarmaq cəhdi zamanı onu effektiv şəkildə məhv etmək məqsədilə şimal sərhədləri boyunca məhvetmə zonası yaradır. Müdafiə mövqeləri hazırda eyni vaxtda bir neçə növ mühəndislik qurğusu ilə möhkəmləndirilir. Sərhədçilər tərəfindən tank əleyhinə xəndəklər, çoxsəviyyəli tikanlı məftil sədləri, beton "əjdaha dişləri" quraşdırılıb", - məlumatda deyilib.
|
Tarix
2026.07.20 / 08:00
|
Müəllif
Axar.az
|