Yuxarı

Moskvaya 400 PUA ilə hücum: “Wildberries”i yenə vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvaya 400 PUA ilə hücum: “Wildberries”i yenə vurdu

İyulun 20-nə keçən gecə Ukrayna ordusu dronlarla Moskva bölgəsinə kütləvi hücuma keçib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna monitorinq kanalları məlumat yayıb.

Məlumata görə, FP-1 dronlarının hücumu nəticəsində Podolsk şəhər dairəsində yerləşən “Wildberries”in ən böyük mərkəzlərindən birində yanğın baş verib:

“Podolskın cənubundakı Lvov mikrorayonunda neft anbarına hücum edilib. Ümumilikdə, Moskva vilayətində beş yanğın hadisəsi qeydə alınıb. Dron hücumu nəticəsində Domodedovo dairəsində yerləşən və ümumi sahəsi 650 min kvadratmetrdən çox olan “Cənub Qapıları” (Yujnıye Vrata) industrial parkındakı iri logistika mərkəzində də yanğın baş verib. Bundan əlavə, PUA-lardan biri çoxmərtəbəli binaya çırpılıb”.

Domodedovo xəstəxanasının məlumatına əsasən, müxtəlif dərəcəli mina-partlayış xəsarətləri ilə 6 nəfər (3 əcnəbi) müəssisəyə təxliyə edilib. Moskva meri Sergey Sobyanin isə bazar günü saat 20:30-dan bazar ertəsi səhər saat 5:00-dək ümumilikdə 400-dən çox PUA-nın Moskva bölgəsinə doğru hərəkət etdiyini bildirib.

Tarix
2026.07.20 / 11:34
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla