Yuxarı

Onlar yenə hücum etsə... - Tramp

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onlar yenə hücum etsə... - Tramp

Bir il əvvəl ABŞ ticarət gəmilərinə atəş açan husilərə qarşı çox güclü hərbi zərbələr endirdi. Həmin vaxtdan bəri və İranla yaşadığımız qarşıdurma dövründə onlar kifayət qədər məsuliyyətli davranıblar. Təəssüf ki, indi yenidən fəaliyyətə başlayıblar və ötən gecə Səudiyyə Ərəbistanının 2 gəmisinə atəş açıblar.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.

“Qoy bu paylaşımım rəsmi mövqeyimizi ifadə etsin: Əgər yenidən etsələr, ABŞ buna görə İranı məsul tutacaq. Çünki husilər İranın dəstəklədiyi və onun adından fəaliyyət göstərən qüvvədir. Belə bir hal təkrarlanarsa, İrana qarşı ciddi hərbi cəza tədbirləri görüləcək.

Əlbəttə, husilər də bunun nəticələri ilə üzləşəcəklər. Açığı, indiyədək kifayət qədər peşəkar və ağıllı davrandıqları halda yenidən bu addımı atdıqları üçün onlardan dərin məyusluq hissi keçirirəm.

Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm!”, - o bildirib.

Qeyd edək ki, bu gün səhər Səudiyyə Ərəbistanına məxsus iki neft tankeri Yəmən yaxınlığında husilərin raket hücumuna məruz qalıb.

Tarix
2026.07.23 / 18:06
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla