Yuxarı

Rusiya bunu etsə, bizim üçün mənfi ssenari reallaşa bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bunu etsə, bizim üçün mənfi ssenari reallaşa bilər

Rusiyanın səfərbərliyə cəlb edəcək şəxslərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir – 300 mindən 1,2 milyona qədər. Mən hesab edirəm ki, real rəqəm təxminən ortada olacaq, yəni 500 min nəfər ətrafında. Burada başqa bir sual yaranır: onlar bu qədər insanı hansı müddətdə toplamağı planlaşdırırlar?

Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert İvan Stupak çıxış edib.

“Əgər söhbət 1-2 ay ərzində bunu həyata keçirməkdən gedirsə, bu, həqiqətən də bizim üçün çox çətin olacaq və mənfi ssenari reallaşa bilər. Əgər 500 min nəfərin səfərbərliyini 2027-ci ilin sonunadək mərhələli şəkildə həyata keçirməyi planlaşdırırlarsa, bu, ayda təxminən əlavə 40 min nəfər deməkdir. Bu da bizim üçün yaxşı deyil, lakin vəziyyətin tamamilə çıxılmaz olması qədər kritik hesab edilə bilməz.

Mən həmişə vurğulayıram ki, belə bir səfərbərlik Rusiya iqtisadiyyatı üçün ciddi problemlər yaradacaq. Kremlin də bunu çox yaxşı başa düşdüyünə inanıram. Axı onlar kimi səfərbər edəcəklər? Aydındır ki, 60 yaşdan yuxarı insanları kütləvi şəkildə çağırmayacaqlar. Həmçinin 18 yaşına çatmamış gəncləri də səfərbər etməyəcəklər. Bəzi istisnalarla 17 yaşlıların cəlb edilməsi mümkün olsa da, bunun kütləvi xarakter daşıması gözlənilmir.

Digər tərəfdən, hazırda artıq təxminən bir milyon nəfər cəbhədədir. Daha bir milyon insan isə 2022-ci ildəki qismən səfərbərlik zamanı ölkəni tərk edib. Bunun fonunda rusiyalı iqtisadçılar ölkədə 3 milyondan çox işçi qüvvəsi çatışmazlığının olduğunu bildirirlər. Bu, Rusiya iqtisadiyyatı üçün həqiqətən də çox ciddi problemdir. Əgər iqtisadiyyatdan daha yarım milyon insan da çıxarılsa, vəziyyət daha da ağırlaşacaq”, - ekspert vurğulayıb.

Tarix
2026.08.04 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyən qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

Əliyev Trampa xoş xəbəri verdi: İşlər yekunlaşır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla