Yuxarı

Pezeşkiandan istefa açıqlaması: Nə baş verir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkiandan istefa açıqlaması: Nə baş verir?

İranın Ali rəhbəri Müctəba Xamenei İran Prezidenti Məsud Pezeşkiana növbəti dəfə istefa verəcəyi təqdirdə onun istefasının qəbul ediləcəyi barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Məlumata görə, bacısı Xameneinin qardaşı ilə evli olan Məhəmməd Bağır Xərrazi adlı yüksək rütbəli din xadimi iddia edib ki, Pezeşkian dəfələrlə istefa verməklə hədələyib, lakin növbəti istefasının qəbul ediləcəyi barədə xəbərdarlıq aldıqdan sonra dayanıb.

“Əgər o, bir daha istefa versə, mən onu təsdiqləyəcəyəm. Altına “təsdiq olundu” yazacağam və məsələ bununla bitəcək”, - Xərrazi Xameninin belə dediyini iddia edib.

İran Prezident Administrasiyası X hesabında dövlət başçısının istefası ilə bağlı yayılan məlumatları təkzib edərək onları tamamilə yalan və uydurma adlandırıb.

İran Prezidenti Məsud Pezeşkian da istefa verəcəyi ilə bağlı şayiə və ehtimalları rədd edib, hökumətin fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

“İstefa versəm, rəsmi olaraq elan edəcəyəm. Onlar fərq yaratmaq istəyirlər, çünki rəhbərlik bir şey deyir, onlar isə başqa şey deyirlər. Biz hərbi qüvvələrlə tam koordinasiyadayıq. Bu çətinliklərə dözən bütün insanlar İran tərəfdarıdır. Mən fəaliyyətimi davam etdirəcəm”, - Pezeşkian qeyd edib.

Tarix
2026.08.04 / 12:20
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Alban xaçdaşlarını ermənilər mənimsəyə bilmir

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla