Yuxarı

“Canlı Nostradamus”dan daha bir iddia: Yeni müharibə olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Canlı Nostradamus”dan daha bir iddia: Yeni müharibə olacaq

2026-cı ildə növbəti müharibə Arktika bölgəsində başlaya bilər.

Axar.az xəbər verir ki, bunu “Canlı Nostradamus” kimi tanınan braziliyalı mistik Atos Salome deyib.

Salomenin sözlərinə görə, Arktikada buzlaqların əriməsi yeni dəniz marşrutları və təbii ehtiyatlar uğrunda rəqabəti gücləndirə bilər. Bunun nəticəsində Rusiya ilə NATO ölkələri arasında gərginlik arta bilər:

"2026-cı ildə buzlaqların əriməsi birbaşa qarşıdurmalara səbəb ola bilər və yeni dəniz marşrutları ilə enerji resursları həlledici rol oynayacaq".

Bundan əlavə, o hesab edir ki, Afrikanın Sahel bölgəsində də sabitlik pozula bilər. Xüsusilə Nigerin şimalında ekstremist qruplaşmaların fəallaşması səbəbindən vəziyyətin daha da gərginləşəcəyini ehtimal edir.

Salome iddia edib ki, o, İran və İsrail arasında vəziyyətin kəskinləşəcəyini əvvəlcədən proqnozlaşdırıb. Həmçinin gələcək futbol turnirinin qalibini düzgün təxmin etdiyini və çempionun simvolik olaraq od rənglərini daşıyan komanda olacağını bildirib:

"Bir çox ekstrasens və şərhçi digər milli komandaların qələbəsini proqnozlaşdırdığı halda, mən finalçıları müəyyən etmiş və dəfələrlə İspaniyanın ən böyük çempionluq namizədi olduğunu vurğulamışdım".

Tarix
2026.08.06 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla