Yuxarı

Ermənistan bu banklardan 320 milyonluq kredit götürür

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistan bu banklardan 320 milyonluq kredit götürür

Ermənistan 320 milyon dollar dəyərində yeni kreditlər götürəcək.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, müvafiq sazişlərin təsdiqlənməsi qərarı hökumət iclasında qəbul edilib:

“Xüsusilə, Nazirlər Kabineti Asiya İnkişaf Bankından 150 milyon dollar kredit almağı planlaşdırır. Kredit 15 il müddətinə 4,58% faiz dərəcəsi ilə təqdim olunacaq. Vəsaitlər, digər məsələlərlə yanaşı, dövlət maliyyəsinin idarə edilməsi siyasətinin gücləndirilməsini, dövlət borcu və maliyyə risklərini, infrastruktur investisiyalarının dayanıqlılığının artırılmasını və dövlət qiymətli kağızlar bazarının təkmilləşdirilməsini dəstəkləmək üçün ayrılıb. İkinci kredit sazişi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı ilə imzalanıb. Kreditin məbləği 170 milyon avro təşkil edir. Vəsait investisiyaların stimullaşdırılması, ticarət və rəqabətin liberallaşdırılması, eləcə də davamlı iqtisadi artımın təmin olunması üçün nəzərdə tutulub. Kreditin müddəti 28 ildir, illik faiz dərəcəsi isə 3,9 faiz təşkil edir”.

Tarix
2026.08.06 / 10:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ceyhun Bayramov Ukraynada səfərdədir

Vardanyana görə Bakıya gəlməyən Talebin oyunları...

Hikmət Hacıyevin fikirləri Türkiyədə səhv təqdim edildi - Foto

Azərbaycan Mərakeşdə fəxri ölkə seçildi

Bakı metrosunda yeni tunellərin inşası nə vaxt bitir?

Transxəzər fiber-optik rabitə xəttinin tikintisi başa çatdı

Ermənistana 14 vaqon buğda göndəriləcək

İran Xəzərlə bağlı razılığa gəldi: Tehran nədən çəkinir?

İrəvanda TRİPP müzakirəsi: Azərbaycanla sülh...

Azərbaycan malları Ermənistanda: İxrac sürətlə artır...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla