Yuxarı

4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
4 ölkədən Gürcüstan bəyanatı: Cavabsız qalmayacaq!

Rusiya hərbçiləri 2008-ci il avqustun 12-də imzalanmış altı bəndlik saziş üzrə Moskvanın üzərinə götürdüyü öhdəliklərə və beynəlxalq hüquqa zidd olaraq Gürcüstanın işğal olunmuş bölgələrində qalmaqda davam edirlər.

Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya, Fransa, Almaniya və İtaliyanın birgə bəyanatında bildirilib.

Onların qiymətləndirməsinə görə, bu ərazilərin sonrakı hərbiləşdirilməsi təkcə Gürcüstan üçün deyil, həm də regional və Avropa sabitliyi üçün ciddi təhlükə yaradır.

Bəyanatda həmçinin, 2026-cı il mayın 9-da Moskva ilə işğal olunmuş regionun qondarma “hakimiyyəti” arasında “müttəfiqliyin və əməkdaşlığın dərinləşdirilməsi haqqında” imzalanmış sazişə də istinad edilir. Bundan əlavə, Rusiya yaxınlarda öz vətəndaşını Cənubi Osetiyanın nominal rəhbəri təyin edib.

“Bu sənəd, eləcə də Rusiya vətəndaşının regionun rəhbəri təyin edilməsi regionun tamhüquqlu anneksiyasının mümkünlüyü ilə bağlı narahatlıq doğurur və belə bir addım cavabsız qalmayacaq”, – bəyanatda qeyd olunub.

Tarix
2026.08.08 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla