Yuxarı

Rusiyanın ən varlı qadınının biznesi belə çökür...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın ən varlı qadınının biznesi belə çökür...

Rusiyanın ən varlı qadını və ölkənin ən böyük onlayn marketpleysi olan "Wildberries"in həmtəsisçisi Tatyana Kim biznesinin tarixində ən ciddi böhranla üzləşib.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb.

Məlumata görə, iyulun ortalarından etibarən Ukrayna şirkətə məxsus 20-dən çox iri anbar kompleksini məhv edib və ya zədələyib:

"Nəticədə təkcə anbar binaları deyil, həm də yüz minlərlə pərakəndə satıcıya məxsus milyardlarla dollar dəyərində mallar yanıb, məhv olub. Bu hücumlar müharibənin yeni mərhələsinə çevrilib və Vladimir Zelenskinin müharibənin nəticələrini birbaşa Rusiya cəmiyyətinə daşımaq, həmçinin Vladimir Putinə təzyiqi artırmaq cəhdi kimi qiymətləndirilir. Kiyevdə hesab edirlər ki, "Wildberries" qanuni hədəfdir, çünki platforma vasitəsilə yalnız Rusiya hərbçilərinin istifadə edə biləcəyi ikili təyinatlı mallar deyil, həm də mülki təyinatı olmayan sırf hərbi məhsullar satılır. Zərbələr artıq təkcə "Wildberries" şirkətinin özünə deyil, həm də Rusiyanın istehlak bazarına təsir göstərib. “Sberiindeks” araşdırmasına əsasən, son həftələrdə rusiyalıların marketpleyslər vasitəsilə satılan qeyri-ərzaq mallarına çəkdikləri xərclər kəskin şəkildə azalıb".

Qeyd olunub ki, “Data Insight” konsaltinq şirkəti "Wildberries"in itkilərini anbar sahələrinin üçdə biri və ümumi dəyəri 480 milyard rubl, yəni təxminən 5,9 milyard dollar olan mallar kimi qiymətləndirir.

Tarix
2026.08.10 / 09:09
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla