Yuxarı

Ukrayna Tatarıstanı vurdu: 13 ölü, 75 yaralı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Tatarıstanı vurdu: 13 ölü, 75 yaralı - Video

10:20

Ukrayna ordusu Tararıstan Respublikasının Nijnekamsk şəhərindəki neft emalı zavoduna PUA zərbələri endirib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Nijnekamsk və Çistopolye sakinləri şəhərləri üzərindən çoxlu sayda PUA-ların hücum etdiyini bildiriblər.

Zərbələr nəticəsində zavodda partlayış və yanğınlar qeydə alınıb.

Tatarıstan hökumətindən bildirilib ki, Ukraynanın Nijnekamska PUA zərbələri nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

Respublika ərazisində matəm elan edilib.

Hazırda PUA hücumlarının davam etdiyi bildirilir.

***

Nijnekamska endirilən PUA zərbələri nəticəsində ölən və yaralananların sayı artıb.

Tatarıstan hökumətindən verilən məlumata görə, 12 nəfər ölüb, 39 nəfər isə yaralanıb.

Bütün yaralılara yardım göstərmək üçün şəhərə əlavə tibbi briqadalar göndərilib.

***

Nijnekamskda ölənlərin sayı 13 nəfərə çatıb.

Bu barədə Tatarıstan hökumətindən məlumat verilib.

Məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla, 75 nəfər yaralanıb.

Tarix
2026.08.10 / 15:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla