Yuxarı

Rusiya eyni anda 200 raket atmaz, çünki... - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya eyni anda 200 raket atmaz, çünki... - Ekspert

Düşmənin Ukraynaya eyni vaxtda 200 ballistik raket buraxmağa cəhd etməsi onun edə biləcəyi son həmlə ola bilər. Eyni zamanda, Rusiyanın belə imkanlara malik olması o qədər də real görünmür.

Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Anatoli Xrapçinski bildirib.

“Əgər söhbət “İsgəndər-M”dən gedirsə, onların cəmi 160 buraxılış qurğusu var. Bir buraxılış qurğusunda iki raket yerləşir. Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə olunan qurğulardan danışsaq, onların sayı 16–26 arasındadır. Nəqliyyat-doldurma maşını əlavə olaraq daha iki raket daşıya bilər. Yenidən doldurulduqdan sonra növbəti buraxılışlar arasındakı interval bir dəqiqəyə qədər ola bilər. Lakin bu halda buraxılış qurğusunun mövqedə qalma müddəti artır”, – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, belə vəziyyətdə ilk buraxılışdan dərhal sonra Ukrayna raketin buraxıldığı nöqtəni müəyyən edə bilər və peyk kəşfiyyatı vasitəsilə buraxılış qurğusunun koordinatlarını əldə etmək mümkündür. Bu isə həmin qurğuya dərhal zərbə endirməyə imkan verir.

“Əminəm ki, qarşı tərəf belə vasitələri bu cür riskə atmayacaq. Onun üçün hər gecə, məsələn, 20–30 raket buraxmaq daha asandır, nəinki eyni vaxtda çox sayda raketdən istifadə etmək”, – Xrapçinski qeyd edib.

O, həmçinin vurğulayıb ki, Rusiyada ballistik raketlərin istehsal həcmi ayda təxminən 60 ədəd təşkil edir.

Tarix
2026.08.11 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

Azərbaycan İƏT-in iclasında belə təmsil olundu

Ceyhun Bayramov britaniyalı həmkarı ilə danışdı

Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi

İsrailin Türkiyəyə qarşı planı - Tədarükün qarşısını alır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla