Yuxarı

Rusiya Ukraynanın quru dəhlizini belə iflic edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ukraynanın quru dəhlizini belə iflic edir

Rusiya ordusu Ukraynanın taxıl və digər məhsullarının alternativ quru dəhlizi vasitəsilə ixracına mane olmağa çalışır. Ukrayna bu marşrutdan düşmənin Böyük Odessa limanlarından ixracı iflic edən zərbələrindən sonra istifadə etməyə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Avqustun 9-da Rusiya ordusu Ukraynanın cənubunu, Moldova və Rumıniya ilə birləşdirən Odessa–Reni M-15 avtomobil yolunun Mayakı kəndindəki körpüyə zərbə endirib.

Həmin gün İzmail şəhərinin yerli informasiya nəşri düşmənin zərbəsi nəticəsində körpünün zədələndiyini bildirib. Ukrayna Dövlət Sərhəd Xidməti də avqustun 9-da Rusiyanın zərbələrindən sonra M-15 avtomobil yolunda hərəkətin müvəqqəti məhdudlaşdırıldığını açıqlayıb. Rusiya qüvvələri daha əvvəl, 2025-ci ilin dekabrında da Mayakıdakı körpüyə zərbələr endirmişdi.

İyul ayından etibarən Rusiya Ukraynanın ixrac potensialını zəiflətməyə yönəlmiş cəhdlərini gücləndirib. İyulun 31-də Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü, 3-cü dərəcəli kapitan Dmitri Pletençuk bildirib ki, düşmənin zərbələri Qara dəniz yaxınlığında 20-dən çox gəmiyə ziyan vurub və dəniz dəhlizində yük daşımalarını əhəmiyyətli dərəcədə ləngidib.

Ukraynanın aqrar siyasət və ərzaq naziri Taras Vısotski də yaxın günlərdə bildirib ki, işğalçıların zərbələri Ukraynanı taxıl və digər yüklərin ixracı üçün Dunay çayı üzərindən alternativ marşrutlar axtarmağa məcbur edib”, - məlumatda qeyd olunub.

Analitiklərin fikrincə, ruslar Ukraynanın taxıl ixracına mane olmaq və ümumilikdə ölkə iqtisadiyyatını zəiflətmək məqsədilə zərbələrini, ehtimal ki, Ukraynanın dəniz dəhlizindən quru dəhlizinə yönəldir.

Tarix
2026.08.11 / 08:30
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla