Yuxarı

Məkkə sazişi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məkkə sazişi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir

Avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkədə imzalanan kollektiv müdafiə müqaviləsi geniş müzakirələrə səbəb olub.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, müqavilədə NATO Nizamnaməsinin 5-ci maddəsində təsbit olunmuş prinsip tam şəkildə öz əksini tapır. Bu o deməkdir ki, üç ölkədən birinə qarşı silahlı hücum digərlərinə qarşı hücum hesab olunacaq.

Rusiyada yaşayan erməni əsilli politoloq Georgi Asatryanın Məkkə müqaviləsi haqda iddiaları diqqət çəkir. Asatryan hesab edir ki, müqavilə ilə bağlı söhbətlər daha öncə də bu ölkələrin elit dairələrində gəzirdi, indi hərəkətə keçdilər və bu, ciddi diplomatik addımdır.

Onun sözlərinə görə, Ər-Riyad və İslamabad arasında ötən il qarşılıqlı müdafiə müqaviləsi imzalanıb:

“Həmin müqaviləyə əsasən Pakistan Səudiyyə Ərəbistanının ərazisini müdafiə etməyi öhdəsinə götürüb, əvəzində maliyyə yardımları alır. Pakistan bu vəsaitlərdən öz hərbi sənayesini inkişaf etdirmək və ordusunu modernləşdirmək məqsədilə istifadə edir, eyni zamanda, müttəfiq olduğu Səudiyyə ilə Hindistan qarşısında əlini gücləndirir. Yeni ittifaqda isə artıq Türkiyə də prosesə qoşulub və Səudiyyə üçün bu, həm Pakistanın nüvə potensialından yararlanmaq, həm də iki ölkənin peşəkar ordularının hərbi dəstəyini qazanmaq deməkdir”.

Ekspert iddia edir ki, Türkiyə və Pakistan ordusu Səudiyyəni müdafiə etmək məqsədilə əməliyyatlar keçirə bilər:

“Ər-Riyadın müasir və bahalı silahlarının olmasına baxmayaraq, hərbi heyətinin döyüş qabiliyyəti zəifdir. Bu baxımdan, Pakistan və Türkiyə elit bölmələrinin misal üçün, Yəməndə husilərə qarşı real döyüş əməliyyatlarına qatılması realdır. Türkiyə də bu ittifaqdan öz maraqları naminə istifadə edir, xüsusilə regional təsirini gücləndirməyə və İsrail üzərində əlavə təsir gücü əldə etməyə çalışır”.

Ekspert hesab edir ki, bu ittifaqın İrana qarşı olması da istisna edilməməlidir: “Müqavilənin imzalanmasını sürətləndirən amil İrana qarşı artan qorxu, xüsusilə SEPAH-ın istənilən rəqibə zərbə endirməsidir”.

Tarix
2026.08.11 / 17:09
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp Uitkoffun Azərbaycanla bağlı məqaləsini paylaşdı

Qərargaha soxulub, Elçibəyi də, məni də vurdular - Video

İlham Əliyev Melonini təbrik etdi

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla