Yuxarı

Pakistan-Hindistan konflikti: Hərb, yoxsa sülh?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan-Hindistan konflikti: Hərb, yoxsa sülh?

Pakistan Hindistanla Kəşmir problemi üzrə dialoqa hazırdır.

Axar.az Röyter-ə istinadən xəbər verir ki, bu açıqlama ilə Pakistanın Yeni Dehlidəki səfiri Əbdül Basit çıxış edib.

Səfirin sözlərinə görə, Pakistan danışıqlar xatirinə danışıqlara getmək istəmir:

"Bizə konkret nəticələr lazımdır, danışıqlar xatirinə danışıqlar yox".

Xatırladaq ki, 29 sentyabr tarixində Kəşmirdə Pakistan və Hindistan hərbçiləri arasında atışma baş verib. Nəticədə iki pakistanlı, on doqquz hind hərbçi həlak olub.

Hindistan tərəfi Pakistan ordusunun atəşkəsi pozduğunu, Cammu və Kəşmirdəki nəzarət xəttindən atəş açıldığını bildirib.

Pakistanın Geo TV telekanalı isə öz növbəsində Hindistan hərbçilərinin Pakistan ordusunun mövqelərinə səbəbsiz atəş etdiyi açıqlayıb.

Qədim Kəşmir knyazlığının ərazisi Hindistan və Pakistan arasında 1947-ci ildən mübahisə predmeti olaraq qalır. Hindistan-Pakistan müharibəsinin üçündən ikisi Kəşmirə görə baş verib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur, onun ərazisini nəzarət xətti ayırır.

Tarix
2016.10.10 / 19:06
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla