Yuxarı

İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma... - Barrak

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma... - Barrak

İsrail Türkiyə ilə müharibəyə çox yaxınlaşdı, amma bunu Tramp daxil olmaqla, heç kim görmədi.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Türkiyədəki səfiri Tom Barrak deyib.

O bildirib ki, bölgədəki ən böyük risk İsrailin niyyətləri deyil, Türkiyənin İsrailin qəfil hərəkətlərinə necə reaksiya verəcəyidir.

İsrailin bombaladığı “Əbu əl-Duhur” aviabazasının Türkiyə sərhədlərinə yaxın olduğunu xatırladan səfir qeyd edib ki, Ankara onsuz da təmkin nümayiş etdirirdi:

“Lakin hərbçilərin yaxınlaşan təyyarələri görüb onların məqsəd və niyyətlərini bilmədikdə təmkin çətinləşir. Bununla Türkiyə təyyarələrini havaya qaldırmalı olacaqlarını deyir. Regional müharibələr belə başlaya bilər”.

Səfirin sözlərinə görə, İsrail Türkiyənin hərbi aktivlərini sözügedən aviabazaya köçürə biləcəyi barədə kəşfiyyat məlumatı alıb:

“Vaşinqton bunu yoxlayıb və bunun belə olmadığını təsdiqləyib. Buna baxmayaraq, İsrail nə Vaşinqtona, nə də Türkiyəyə xəbər vermədən hərbi bazaya zərbə endirib. Məhz bu məqamda məsələ İsrail-Suriya hücumundan çıxıb və daha təhlükəli bir vəziyyət almağa başlayıb”.

Qeyd edək ki, bir müddət əvvəl İsrail Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətinin şərq hissəsindəki "Əbu-əl-Duhur" hərbi aviabazasının uçuş-enmə zolağına 8 zərbə endirib.

Tarix
2026.08.22 / 14:43
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla