Yuxarı

Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov

Ukrayna dünya silah bazarlarını fəth etməli olacaq, əks halda bunu Rusiya edəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.

“Biz düşünürdük ki, dünyada pilotsuz uçuş aparatları istehsal edən yeganə ölkə bizik. Amma bu belə deyil. Hazırda Afrikanın bir çox ölkəsində Çin tərəfindən ələ keçirilmiş bazarlar var. Rusiya və Ukrayna isə bir-birini faktiki olaraq məhv etmək üçün müharibə apardıqlarına görə həmin bazarları itiriblər. Bu, heç kimi təəccübləndirmir. Lakin orada ən ekzotik ölkələrdə dronlar peyda olduqda, bu artıq bir göstəricidir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Ukrayna bazarlara nə qədər tez ekspansiyaya başlasa, dövlət üçün bir o qədər yaxşı olacaq və Ukrayna şirkətlərinin yaşamaq və inkişaf etmək şansı da bir o qədər artacaq:

“Mən əminəm ki, kifayət qədər uzun müddət ərzində biz təhlükəsizlik ixracatçısına çevrilə bilərik. Lakin unutmayın ki, Rusiya da hazırda bununla bağlı eyni şərtləri və təklifləri irəli sürür. Unutmaq olmaz ki, bu dünyada bunu təklif edə bilən yeganə tərəf biz deyilik. Əgər bunu biz təklif etməsək, düşmənimiz edəcək”.

Tarix
2026.08.30 / 10:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

Prezidentin əfv etdiyi yeganə qadın məhkum - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla