Yuxarı

ABŞ-ın İrana "iqtisadi hücumu" nəticə vermədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-ın İrana "iqtisadi hücumu" nəticə vermədi

İranın tərəfdaş ölkələri ABŞ-ın yeni sərt sanksiyalarla bağlı təhdidlərinə kütləvi şəkildə məhəl qoymur. Vaşinqtonun “iqtisadi hücum” təşkil etmək cəhdi Çinin mövqeyi və müttəfiqlərin ticarət əlaqələrini kəsmək istəməməsi səbəbindən səmərəsiz olub.

Axar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.

ABŞ maliyyə naziri Skot Bessent müharibəyə son qoymaq məqsədilə Tehrana qarşı sərt iqtisadi təzyiqə başlanıldığını elan edərək, bu planı 1944-cü ildə Normandiyaya tarixi desant çıxarılması ilə müqayisə edib. Lakin regionun əsas oyunçuları Vaşinqtonun xəbərdarlığına faktiki olaraq məhəl qoymayıblar:

1. İran banklarının, xüsusilə "Bank Melli"nin Birləşmiş Ərəb Əmirliklərindəki filialları fəaliyyətini adi qaydada davam etdirir;

2. İran, Türkiyə, BƏƏ, Azərbaycan, Rusiya və Çin arasında kommersiya uçuşları əvvəlki qaydada həyata keçirilir;

3. Pakistan ABŞ-ın birtərəfli məhdudiyyətlərinə əməl etmək məcburiyyətində olmadığını bəyan edib və quru yolu ilə ticarəti davam etdirir.

ABŞ həftənin sonunda BƏƏ-də fəaliyyət göstərən Misirin "Banque Misr" bankının filiallarına qarşı məhdudiyyətlər tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Lakin analitiklərin fikrincə, bu cür tədbirlər kifayət qədər təsirsizdir.

ABŞ administrasiyası üçün əsas dilemma Pekinin mövqeyidir. İstənilən effektiv sanksiya kampaniyası hazırda İran neftinin 90%-ni alan Çinə zərbə vurmalıdır. Lakin Pekin artıq Vaşinqtona sərt xəbərdarlıq edib və Tehranla ticarətdən geri çəkilmək niyyətində deyil.

Tarix
2026.08.31 / 08:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Şəhəri çirkləndirən nə qədər cərimə olunur: 50, yoxsa 300 manat?

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla