İran uzun illər sonra bu qadağanı ləğv etdi
20:23
| Ana səhifə Planet |
|
Hindistanın paytaxtı Yeni Dehlidə "Hostel Days" yataqxana binasının uçması nəticəsində üç nəfər ölüb, onlarla insan dağıntılar altında qalmış ola bilər.
Axar.az xəbər verir ki, bu barədə "İndia Tudey" məlumat yayıb.
Beşmərtəbəli bina Dehli Universiteti kampusunun yaxınlığında yerləşən özəl tələbə yataqxanaları ilə tanınan, əhalinin sıx məskunlaşdığı Satya-Niketan ərazisində yerləşib.
Yanğınsöndürənlərin məlumatına görə, daha iki insan ağır yaralanıb, altı nəfər isə xilas edilib. 30-dan çox insanın dağıntılar altında qaldığı güman edilir.
"Dağıntılar altında qalan və ya yaralanmış insanların dəqiq sayı hazırda məlum deyil. Əlavə məlumatlar təsdiqləndikcə açıqlanacaq", - Dehli polisinin açıqlamasında deyilir.
|
Tarix
2026.09.06 / 19:39
|
Müəllif
Axar.az
|