Yuxarı

"Şamaxı yolu" istiqamətində yol açıldı, Biləcəridə isə...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Şamaxı yolu" istiqamətində yol açıldı, Biləcəridə isə...

Paytaxtın Binəqədi rayonu, Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində aparılan təmir işlərinin bir hissəsi başa çatdırılıb.

Axar.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Anar Nəcəfli Trend-ə bildirib ki, "Şamaxı yolu" adlanan ərazidən Sumqayıt yolu istiqamətində hərəkət sentyabrın 6-da səhər saat 05:00-dan etibarən bərpa olunub.

Onun sözlərinə görə, ərazidə təmir işləri gecə saatlarında da fasiləsiz davam etdirilib və yolun Sumqayıt istiqamətində olan hissəsində işlər yekunlaşdırılaraq nəqliyyat vasitələrinin hərəkətinə şərait yaradılıb.

“Hazırda Sumqayıt yolu istiqamətində hərəkət açıqdır. Biləcəri istiqamətində isə təmir işləri davam etdirilir. Həmin istiqamətdə də işlərin tamamlanaraq sentyabrın 7-də səhər saatlarından etibarən yolun hərəkətə açılması nəzərdə tutulur”, – Anar Nəcəfli vurğulayıb.

Qeyd edək ki, sözügedən ərazidə təmir işlərinə sentyabrın 4-də saat 20:00-dan etibarən başlanılıb. Bununla əlaqədar Moskva prospektinin kənar yolunun Biləcəri enişi hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.

Tarix
2026.09.06 / 20:12
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev də Bakıya gəldi

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla