Yuxarı

Polkovnik-leytenant faciəvi şəkildə öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polkovnik-leytenant faciəvi şəkildə öldü

Azərbaycan ordusunun ehtiyatda olan polkovnik-leytenantı Məhəddin Cavadov vəfat edib.

Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, o, yıxılaraq başından aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Belə ki, 62 yaşlı M.Cavadov sentyabrın 13-də Bakıda dostları ilə ziyafət məclisi zamanı restoranda yıxılıb və başı betona dəyib.

Ağır kəllə-beyin travması alan və komaya düşən ehtiyatda olan zabit Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bir ay burada müalicə alan M.Cavadov komadan ayılıb. Bu müddət ərzində daxili orqanlarında problemlər yaranan zabitin ölümünə də bu səbəb olub.

Mərhum bu gün Bakıda dəfn edilib.

Xatırladaq ki, Cavadov Məhəddin Cənnət oğlu 1964-cü ildə Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub.

SSRİ Silahlı Qüvvələrinin Qərb qruplaşması daxilində Macarıstanda hərbi xidmət keçib. Xidmətdə fərqləndiyinə görə SSRİ Silahlı Qüvvələrinin Yaroslavl Hərbi Maliyyə-İqtisadi Akademiyasına oxumağa göndərilib. Təhsilini başa vurduqdan sonra Latviyada maliyyə rəisi, hərbi bank müdiri vəzifələrində çalışıb.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin çağırışından sonra Latviyadan Azərbaycana qayıdıb.

Müdafiə Nazirliyinin maliyyə xidmətində müfəttiş və müxtəlif vəzifələrdə işləyib.

O, uzun illər Hərbi Hava Qüvvələrində (HHQ) xidmət edib. General-mayor Altay Mehdiyevin komandanlığı dövründə HHQ-nin maliyyə idarəsinin rəisi vəzifəsində çalışıb. Daha sonra ehtiyata buraxılıb. Mülki şəxs kimi Əlahiddə Ümumqoşun Orduda və Müdafiə Nazirliyinin müxtəlif strukturlarında işləyib.

Tarix
2026.10.14 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Qırğızıstan prezidenti Azərbaycana gəldi

İranın haker qrupu Azərbaycana hücumu etiraf etdi

Tokayev Azərbaycana gəldi - Foto

AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Azərbaycan regionda əsas tərəfdaşımızdır - Hersoq

Lavrov Bakıya gəldi

Baxçalıdan Azərbaycanla bağlı mühüm açıqlama - Təcili

İsrail prezidenti Azərbaycana gəldi

İstanbuldakı aksiyanın sifarişçisi kimdir?

Laos AQEM-ə üzv qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla