Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır
01:58
| Ana səhifə Planet |
|
BMT Rusiya və Ukrayna arasında danışıqların təşkilinə yönəlmiş bütün səyləri dəstəkləyir.
Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq TASS-a açıqlamasında bildirib.
“Biz Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqların keçirilməsinə yönəlmiş bütün səyləri təşviq edirik”, – Fərhan Haq deyib.
O, bu açıqlamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərlərini şərh edərkən verib.
|
Tarix
2026.09.07 / 01:23
|
Müəllif
Axar.az
|