Yuxarı

Azərbaycanlıların şəhəri: 36 dövlət onu xilas edir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıların şəhəri: 36 dövlət onu xilas edir?

Əhalisinin sayına görə Bağdaddan sonra İraqın ikinci böyük şəhəri olan Mosul yüzillərdir ki, azərbaycanlıların – türkmanların şəhəri kimi tanınıb. Şəhər mühüm tarixi əhəmiyyətə malik strateji mövqedə yerləşir. Əhalisini əsasən Azərbaycan türkləri - türkmanlar təşkil edir. Mosulda ərəb, kürd, aysorlar da yaşayır.

Axar.az hazırda İŞİD-dən alınması üçün savaş gedən Mosul şəhərinin tarixi haqda məlumatı təqdim edir:

Tarixi şəhər olan Mosulun əsası e.ə. 700-ci ildə Fərat çayı sahillərində qoyulub. 2-ci əsrdən başlayaraq xristian süryanilərin şimali Mesopotamiyada ən sıx məskunlaşdığı yerlərdən biri olub. 641-ci ildən isə ərəblərə tabe edilən Mosul Əməvilərin və Abbasilərin dövründə də öz önəmini itirməyib.

1092-ci ildə Böyük Səlcuq imperiyası, 1167-ci ildən isə Atabəylərin məmləkətinə çevrilən tarixi şəhər I İmadəddin Zənginin (Zəngilər sülaləsi dövlətinin qurucusu, atabəy) dövründə səfalı bir diyar olub. 13-cü əsrdə isə Çingiz xanın nəvəsi Hülakü xan, daha sonra Elxanilər tərəfindən tutulub.

15-ci əsrin əvvəllərində isə Ağqoyunlu dövlətinin tərkibinə daxil olub. 16-cı əsrin əvvəllərində isə Şah ismayıl bu qədim diyarı Səfəvilər imperiyasının tərkibinə qatıb. Bundan sonra bu şəhərdə Azərbaycan türklərinin dominantlığı daha da genişlənib.

Çaldıran döyüşündən sonra qüdrətli Səfəvi dövlətinin zəifləməsi bəzi ərazilərinin nəzarətindən çıxması ilə nəticələnib. Sultan Süleyman Qanuninin İraqeyn yürüşündən sonra (1434-cü il) Mosul Osmanlı torpaqlarına daxil edilib (1435-ci il). Mosul şəhəri 1878–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati ərazi Mosul vilayətinin mərkəzi olub. I Dünya müharibəsi illərində şəhər ətrafı ərazilər ingilislər tərəfindən zəbt edilsə də, müharibənin sonuna qədər Osmanlı nəzarətində qalıb.

1918-ci ildə ingilislərə təhvil verilib və 1926-cı ildə Millətlər Cəmiyyəti tərəfindən qoruma altına salınıb. 1932-ci ildə isə yeni qurulan İraq Krallığının tərkibinə daxil edilib.

Mosul şəhəri 2003-cü ilin aprel ayında ABŞ ordusu tərəfindən işğal edilib. 2014-cü ilin iyun ayından etibarən İŞİD terror qruplaşması tərəfindən ələ keçirilib.

Qeyd edək ki, 17 oktyabr 2016-cı il tarixində Mosulun İŞİD-dən geri alınması üçün 36 ölkənin birləşmiş ordusu hərəkətə keçib. Hücuma Türkiyənin Başikada təlim keçdiyi "Neynəva gözətçiləri" qrupu da qatılıb.

Hazırda 20-dən artıq kənd və qəsəbə azad edilib, Mosulun mərkəzinə 10 km məsafə qalıb.

Tarix
2016.10.20 / 08:00
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Orbanın Əliyevə qardaş ehtiramı: baş əydi – Video

İlham Əliyev sammitdə onlarla görüşdü - Video

Bu, böyük səhv idi, Şuşa alınarkən İranda...

Ərdoğandan azərbaycanlılarla bağlı – Mühüm qərar

Misirdə Əliyev-Paşinyan görüşündən - Maraqlı foto

İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edir - Video

Overçuk Bakıda danışdı: Moskva, Bakı və Tehran...

Bakıda mühüm üçtərəfli görüş keçirildi

Qordon: Putinlə görüşdə Əliyevə baxın - Foto

Putinin Əliyevlə görüşdə dedikləri... - Badalyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla