Yuxarı

Türkiyədə yüzlərlə sayta giriş bloklandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə yüzlərlə sayta giriş bloklandı

Türkiyənin Ankara vilayətində qanunsuz mərc, dələduzluq və əxlaqsız məzmunlu paylaşımlarla bağlı yüzlərlə internet resursuna giriş bloklanıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Ankarada sentyabrın 21-dən 27-dək aparılan virtual patrul və açıq mənbə araşdırmaları çərçivəsində 760 sosial media hesabı və URL ünvanı araşdırılıb.

Qanunsuz mərc oyunlarına şərait yaratdığı müəyyən edilən 341, fişinq yolu ilə dələduzluq etdiyi aşkarlanan 6 və əxlaqsız məzmunlu paylaşımlar edən 70 internet saytı barədə İnformasiya Texnologiyaları və Kommunikasiya Qurumuna məlumat verilib və həmin resurslara giriş məhdudlaşdırılıb.

Bundan başqa, cari il ərzində baş vermiş və təqsirkarı müəyyən edilməmiş kibercinayətlərin araşdırılması çərçivəsində Çankaya rayonunda qeydə alınan ağır dələduzluq hadisəsinin üstü Baş Prokurorluğun koordinasiyası ilə açılıb.

Hadisəni törətdiyi müəyyən edilən şübhəli barəsində hüquqi tədbirlərin görülməsinə başlanılıb.

Tarix
2026.09.28 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla