Yuxarı

Ərdoğandan xanım müavini ilə bağlı xəbərlərə sərt cavab

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğandan xanım müavini ilə bağlı xəbərlərə sərt cavab

Heç kim bizi başqaları ilə qarışdırmasın. Heç kim bizi milyardlarla lirəlik korrupsiya hallarını müdafiə etmək üçün meydan-meydan, şəhər-şəhər gəzənlərlə müqayisə etməsin. Biz onlara bənzəmirik.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP sədrinin müavini Fatma Betül Sayan Kaya ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

“Bizim qırmızı xəttimiz əziz millətimizdir. Söhbət millətimizdən gedəndə mövqeyimiz bəllidir. Biz nə haqq yeyərik, nə də vətəndaşın haqqının tapdalanmasına göz yumarıq”, - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Yeni Partiyanın sözçüsü Zeynel Əmrə açıqlamasında iddia edib ki, Türkiyənin keçmiş ailə və sosial xidmətlər üzrə naziri Fatma Betül Sayan Kaya ötən ilin aprel ayında "Özata Denizcilik" şirkətinin 63 milyon TL dəyərində səhmlərini alıb və sentyabrın 16-da fond böhranı başlamazdan əvvəl 20 qat qazanc əldə edərək 1,34 milyard TL vəsaiti geri çəkib.

Bu məlumatdan sonra isə sədr müavininin istefa xəbəri yayılıb.

Tarix
2026.09.28 / 22:54
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla