Gəncədə evdən meyit tapıldı
15:19
| Ana səhifə Planet |
|
ABŞ Boliviya, Kolumbiya, Peru və Ekvadorun bəzi rəsmilərinə viza məhdudiyyətləri tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot bildirib.
Məhdudiyyətlər korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqəsi olduğu bildirilən Boliviyanın 12, Kolumbiyanın 2, Perunun 1 və Ekvadorun 2 vətəndaşına şamil olunub. Onların arasında keçmiş və hazırkı prokurorlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimlər var.
Dövlət Departamenti bəzi şəxslərin əvvəllər verilmiş ABŞ vizalarının da ləğv ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Vaşinqton Latın Amerikası ölkələrində narkotik kartellərinə qarşı mübarizəni gücləndirir.
|
Tarix
2026.09.29 / 01:34
|
Müəllif
Axar.az
|