Yuxarı

Rusiyanın hücumlarının qarşısını belə almaq olar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın hücumlarının qarşısını belə almaq olar

Rusiyanın genişmiqyaslı işğalının ilk günündən etibarən Ukraynanın körpüləri Rusiya tərəfinin əsas hədəflərindən biri olub. Ukrayna qarşı tərəfin körpülərə belə hücumlar həyata keçirmək imkanını aradan qaldırmalıdır.

Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin 2004–2020-ci illərdə qərargah rəisinin müavini olmuş Andrey Rıjenko deyib.

Onun fikrincə, Belarus ərazisindən “Şahid” dronlarına siqnal ötürülməsinin qarşısını almaq, həmçinin hava hücumundan müdafiə sistemlərini gücləndirmək lazımdır:

“Hazırda biz dronların ələ keçirilməsi vasitələrinə bir qədər çox diqqət yetiririk. Lakin yüksək sürətlə hərəkət edən dronlara qarşı mübarizə aparmaq üçün raketlərlə təchiz edilmiş yaxınmənzilli zenit-raket komplekslərini artilleriya ilə birlikdə geniş miqyasda tətbiq etmək lazımdır”.

Rıjenkonun sözlərinə görə, Rusiya Ukraynanın reaktiv dronlara qarşı mübarizədəki kritik zəifliyindən istifadə edərək həm logistika obyektlərinə, həm də digər mühüm infrastrukturlara zərbələr endirməyə başlayıb:

“İndi isə onlar körpülərə keçiblər. Bəzi hallarda hətta qanadlı raketlər də bu körpülərə çatmadan yolda ələ keçirilib. Təəssüf ki, hazırda dronlarla həyata keçirilən belə hücumların sayı artıb. Buna görə də bu təhlükə daha ciddi şəkildə hiss olunur”.

O qeyd edib ki, təhlükənin qarşısını almaq üçün körpülərin təhlükəsizliyini maksimum səviyyədə təmin etmək lazımdır. Rıjenkonun sözlərinə görə, ilk növbədə qarşı tərəfin bu cür hücumlar həyata keçirməsinə hansı amillərin imkan verdiyini müəyyənləşdirmək və nəticədə onun bu imkanını aradan qaldırmaq lazımdır.

Tarix
2026.10.04 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla