Yuxarı

Rus ordusunun Putinə ad günü hədiyyəsi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus ordusunun Putinə ad günü hədiyyəsi...

Ad günündə Putinə Rusiya ordusu Çerniqov vilayətinin Priluki şəhərindəki dağıdılmış yaşayış binasını hədiyyə edib.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu, adi bir beşmərtəbəli yaşayış binası idi. Təəssüf ki, hazırkı məlumata görə, beş nəfər həlak olub, 26 nəfər isə xəsarət alıb. Dağıntılar altında hələ də insanlar qala bilər. Xilasedicilər hadisə yerində fasiləsiz çalışır.

Rusiyanın raket zərbələri həmçinin Dneprdə daha beş yaşayış binasına və Kremençukda dörd hündürmərtəbəli binaya ziyan vurub. Təəssüf ki, orada iki nəfər həlak olub, səkkiz nəfər isə yaralanıb.

Zaporojyedə hündürmərtəbəli bina PUA zərbəsinə məruz qalıb. Kiyevdə ruslar iki nəfəri öldürüb. Aleksandriyada daha iki nəfər həyatını itirib. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Ümumilikdə ötən gecə Kiyevdə və 12 bölgədə infrastruktur hücuma məruz qalıb”, - Zelenski bildirib.

Onun sözlərinə görə, əsas hədəflərdən biri Ukraynanın enerji sektoru olub:

“Ruslar ağır və nümayişkaranə bir zərbə endirmək istəyirdilər. Bu, ən alçaq hücumlardan biri idi”.

Qeyd edək ki, bu gün Putinin 74 yaşı tamam olur.

Tarix
2026.10.07 / 12:33
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov türk liderlərlə parkın açılışında - Foto

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla