Yuxarı

Ərdoğan Putini təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Putini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Söhbət zamanı ikitərəfli münasibətlər, eləcə də regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsinin böyük əhəmiyyət daşıdığını bildirib və Türkiyənin Rusiya ilə Ukrayna arasında birbaşa təmasların qurulması istiqamətində səylərə töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb”, – məlumatda deyilib.

Bundan başqa, Ərdoğan Putini ad günü və Vahid Rusiya Partiyasının Dövlət Dumasına seçkilərdə qələbəsi münasibətilə də təbrik edib.

Tarix
2026.10.07 / 16:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla