Yuxarı

Ərdoğan və Netanyahu bu məsələdə birləşib - Perinçək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan və Netanyahu bu məsələdə birləşib - Perinçək

Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçək Ankaranın Yəmənlə bağlı siyasətinə görə Prezident Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Baxçalını hədəf alan bəyanatlar verib.

Axar.az xəbər verir ki, bu barədə partiyanın gənclər qolu sayılan “Öncü Gənclik” rəsmi X hesabında paylaşım edib.

Perinçək iddia edib ki, Ərdoğan və Baxçalının Yəməndəki husilərə qarşı tutduqları mövqe İsrailin Baş naziri Benyamin Netanyahunun siyasəti ilə üst-üstə düşür:

“Bəs onlar Netanyahunun qarşısında dayanmışdılar? Netanyahu ilə müharibə cəbhəsində birləşmiş vəziyyətdədilər. Ən vacib müharibə cəbhəsidir. Bu eyni zamanda Fələstin və Qəzzaya xəyanət sayılmırmı? Yəmən İsrailə qarşı Fələstin və Qəzza cəbhəsində vuruşur. Ancaq cənab Ərdoğan və Baxçalı Netanyahu ilə birgə İsraili dəstəkləyirlər. Səudiyyə Ərəbistanına dəstək vermək İsrailə dəstək verməkdir. Husilər əslində Yəmən hakimiyyətidir, onları lənətləmək Netanyahunun istifadə etdiyi kəlmələrdir. Ona görə də bu gün ABŞ Prezidenti Donald Trampın cənab Ərdoğanı tərifləməsi, təqdir etməsi, mükafatlandırması çox məyusedici bir vəziyyət olsa da, təəccübləndirici deyil. Amma bunu bütün Türkiyənin görməsi lazımdır”.

Tarix
2026.10.15 / 14:37
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla