Yuxarı

Hər şey Türkiyədən asılıdır - Jirinovski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər şey Türkiyədən asılıdır  - Jirinovski

Rusiyanın paytaxtı Moskvada Türkiyə Cümhuriyyətinin yaranmasının 93 illiyi ilə bağlı tədbirdə Kreml sözçüsü Dmitri Peskovun qızı Yelizaveta Peskova və Liberal Demokrat Partiyasının lideri Vladmir Jirinovski də iştirak edib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Jirinovski iki ölkə arasındakı əlaqələrdən danışıb:

"Son zamanlarda iki ölkə arasında münasibətlər düzəlib. Bunu rus və türk xalqı istəyirdi. Ötən payızda olan hadisə xəta idi. Bu, daima günəşli bir yerdə qəfildən buludların çıxmasına bənzəyirdi. Mükəmməl imkanlarımız var. Hər şey Türkiyədən asılıdır. Yenə ora-bura gedərsə, vəziyyət qəlizləşəcək. Məsələn, Filippin və Çin Rusiyanı seçdi, bununla da məsələ həll olundu. Türkiyə üçün Rusiya ilə güclü münasibətlərə sahib olmaq son dərəcə faydalıdır. Yalnız bu yolla Ankara Suriyada, kürd məsələsində və İraqda rahat nəfəs alacaq. Rusiyaya hər yerdə ehtiyac var. Çin, Avropa və ABŞ-da belə. Türkiyə bizimlə dost olsa, daha yuxarı çıxacaq. Rusiya, Türkiyə, İran və bəlkə Suriya və İraqdan ibarət bir birlik quruldu. Eynilə Avropa Birliyi kimi. Onlar niyə güclüdür? Çünki Birlikdə 28 ölkə var".

Tarix
2016.10.31 / 08:30
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla