Yuxarı

Kadırov: “Heç vaxt rus əsgəri öldürməmişəm”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən heç vaxt, heç yerdə zarafatla belə olsa, rus əsgərlərini öldürdüyümü deməmişəm.

Axar.az xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Çeçenistan lideri Ramzan Kadırov söyləyib. Onun sözlərinə görə, rus əsgərlərini öldürməyimlə bağlı ifadə qəsdən sosial şəbəkələrdə təbliğ edilir:

“Bu sözləri tirajlayanlar yaxşı bilirlər ki, bu yalandır. Birinci Çeçen müharibəsi zamanı belə, mən əlimdə silah xalqımın yanında idim. O zaman axmaq körpə idim, amma həmişə atamın yanında olurdum. O zaman hətta indiki Kənd Təsərrüfatı naziri Musa Dadayev bizim yaxaladığımız əsirləri Rusiyaya verdi. O deyirdi ki, biz vəhşi deyilik. Onlara insan kimi yanaşın. Qoy gedib evlərinə ana və qadınlarına çeçenlərin öz torpaqlarını qoruduqlarını desinlər.

Əlbəttə, deyə bilərsiniz ki, Kadırov həqiqəti deməkdən qorxur. Əgər olduğu kimi danışmıramsa, lənətə gəlim. Mən heç nəyi gizlətmirəm. Təkrar edirəm, mən atamın yanında gəzirdim. O, müfti kimi xeyli insanın həyatını xilas etmişdi”.

Tarix
2016.11.28 / 15:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla