Yuxarı

Qorbaçov: “Təəssüf ki, çoxları Yeltsinin arxasınca getdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qorbaçov: “Təəssüf ki, çoxları Yeltsinin arxasınca getdi”

Rusiya rəhbərliyi SSRİ-nin dağılmasında mühüm rol oynayıb.

Axar.az xəbər verir ki, bu sözlər SSRİ-nin son prezidenti Mixail Qorbaçovun “Rossiyskaya qazeta”da dərc edilən məqaləsində yer alıb. O, Rusiyanın dövlət suverenliyi haqqında deklarasiyanın qəbulu və Ali Məclisin Belovejsk müqaviləsini təsdiq etməsini SSRİ-nin dağılmasında mühüm məqam adlandırıb:

“Əgər Rusiyanın mövqeyi olmasaydı, digər respublikalardakı separatçıların ittifaqı parçalamaq üçün gücləri yetməyəcəkdi. Bir daha xatırladıram ki, Belovejsk müqaviləsinə Rusiya Ali Sovetində böyük çoxluq səs vermişdi. Onlar arasında indi SSRİ-nin süqutunun fəlakətli nəticələri barədə qışqıran kommunistlər də vardı. Hər kəs xatırlamalıdır ki, özünü həmin günlərdə necə aparıb. Yeltsin ikili oyun oynayırdı. Bir tərəfdən o, telekameralar qarşısında ittifaqın tərəfdarı olduğunu deyirdi, digər tərəfdən isə ləğv edilmə prosesinə rəhbərlik edirdi. O deyirdi ki, Rusiya digər respublikaların yükündən azad olduqdan sonra hər kəsdən daha sürətlə irəli gedəcək. Bir-iki il sonra islahatlar ölkəni çiçəkləndirəcək. Təəssüf ki, çoxları onun arxasınca getdi. İnsanlar başa düşmürdü ki, ölkə yox olur. Heç kim SSRİ-nin müdafiəsinə qalxmadı”.

Eks-prezident Yeltsinin MDB-ni SSRİ-nin başqa versiyası etmək istədiyini bildirib:

“Rusiyada çoxlarına elə gəlirdi ki, Müstəqil Dövlət Birliyi “Qorbaçovsuz ittifaq” kimi bir şey olacaq. Bununla da postsovet məkanında Rusiya dominantlıq edəcək, digər ölkələr isə bununla razılaşacaqlar. Başqa illüziya isə o idi ki, Rusiyanın dünyadakı nüfuzu SSRİ-dən o qədər də az olmayacaq. Bu isə mümkün deyildi. Ölkə keçirilməli olan radikal islahatlar nəticəsində zəifləmişdi. Bu, həm Rusiya, həm də dünya üçün pis idi. SSRİ-dən sonra Qərb dünyası, xüsusilə, ABŞ-ı soyuq müharibədə qələbə eyforiyası bürüdü. Bu da illüziya idi. Dünyada bir ölkə və ya qrupun dominantlıq etdiyi nizamı qurmaq mümkün olmadı. Bu indi hər kəsə aydındır”.

Tarix
2016.12.22 / 15:10
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradır

Sülh sazişinin paraflanması atmosferi dəyişdi - Qriqoryan

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla