Yuxarı

Dünya savaşa hazırlaşır? - Rekord hərbi büdcə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya savaşa hazırlaşır? - Rekord hərbi büdcə

Yaponiya hərbi büdcəsini rekord həddə çatdırıb.

Axar.az xəbər verir ki, gələn il bu ölkənin hərbi büdcəsinin 43,6 milyard dollar olması planlaşdırılır. Hərbi büdcənin qüvvəyə minməsi üçün parlament hökumətin hazırladığı büdcə layihəsini təsdiq etməlidir.

Qeyd edək ki, Yaponiyanın hərbi büdcəsini artırmasına əsas səbəb Çinlə Şimali Koreya olub. Belə ki, Çinlə Cənubi Çin dənizində ərazi mübahisəsi və Şimali Koreyadan nüvə təhdidi Tokionu belə addım atmağa vadar edib. Yaponiya artıq ardıcıl olaraq 5-ci ildir ki, öz hərbi büdcəsini artırır.

Gələn il üçün bir sıra ölkələr də öz hərbi büdcələrini artırıblar. Bu ölkələr sırasında ilk yerdə Çin, Hindistan, Səudiyyə Ərəbistanı kimi ölkələr dayanır. Çin belə addım atmasına səbəb kimi Amerikadan gələn təhdidi göstərib. Hindistan isə son günlər Pakistanla münasibətlərini korlayıb və öz hərbi arsenalının modernləşdirilməsinə start verib. Səudiyyə Ərəbistanı isə Yaxın Şərq bataqlığında blokadaya alınıb. Ər-Riyad Yəməndə dolayısı yolla İranla savaşır. Üstəlik Ər-Riyad İraq və Suriyada da planlarını gerçəkləşdirmək istəyir. Avropa Birliyi ölkələri də Rusiya təhdidi ilə əlaqədar büdcələrini artırmaq haqqında qərar veriblər.

ABŞ isə 2016-cı illə müqayisədə hərbi büdcəsini 1% artırmağı planlaşdırıb. Yeganə eniş Rusiyada qeydə alınıb. Ölkənin iqtisadi çətinlikləri ucbatından hərbi xərclər 6% azaldılıb.

Tarix
2016.12.22 / 16:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

Putinin Əliyevə zəngi... – Kreml şərh etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla