Yuxarı

Ermənilər Yeni SSRİ-də birləşməyə hazırdır - Sorğu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Yeni SSRİ-də birləşməyə hazırdır - Sorğu

Rusların yarıdan çoxu SSRİ-nin yenidən bərpa olunmasına inanmır.

Axar.az xəbər verir ki, bu nəticə Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin keçirdiyi sorğudan sonra əldə olunub.

Sorğu iştirakçılarının 63%-i SSRİ-nin süqutundan təəssüfləndiyini bildirib. 56% şəxs isə “SSRİ qoruna bilərdi” fikrinə inandığını bəyan edib. Ruslar SSRİ-nin bərpasını istəməsələr də, keçmiş postsovet ölkələrinin yeni ittifaqda birləşməyinə inanırlar (52%).

Rusiya ilə bərabər, eyni sorğu MDB-nin 3 ölkəsində də aparılıb. Bunlar Ermənistan, Moldova və Ukrayna olublar. Maraqlı məqam odur ki, bu ölkələrin hər birində fərqli nəticələr əldə olunub. Moldovalıların 51%-i SSRİ-nin dağılmasının qaçılmaz olduğuna inanmadıqlarını söyləyiblər. Lakin Ermənistan (26%) və Ukraynada (30%) əhalinin çox az bir qismi bu fikri müdafiə edib.

Ermənistan və Moldovada əhalinin böyük bir qismi SSRİ-nin süqutundan təəssüflənir. İrəvanda əhalinin 56%-i, Moldovada isə 50%-i bu mövqedə dayanır. Eləcə də ermənilər və moldovalıların 45%-i keçmiş sovet ölkələrinin vahid parlamenti, vahid valyutası, vahid sərhədləri olan respublikada birləşməsini dəstəkləyiblər. Ukraynada isə bu göstərici cəmi 19% təşkil edib.

Tarix
2016.12.23 / 13:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla