Yuxarı

Hizbullahın Suriyaya girməsinə Əsəd izn verib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hizbullahın Suriyaya girməsinə Əsəd izn verib

Suriyada hökumət qüvvələrinin xalqa qarşı törətdiyi qətliamlara lap əvvəldən dəstək verən Hizbullah lideri Şeyx Həsən Nasrallah Türkiyəni Suriyanın müstəqilliyini təhlükəyə atmaqda günahlandırıb.

"Axar.az" Şərq mətbuatına istinadən xəbər verir ki, Əsədin Suriya xalqına qarşı 3 ildən çox bir müddətdə davam etdirdiyi qanlı əməliyyatlarına hərbi dəstək verən Hizbullah lideri Nasrallah Türkiyənin Suriya mövqeyini tənqid edib.

Hizbullahın Suriyadakı varlığını siyasi mövqe olaraq açıqlayan Nasrallah Suriyadakı qırğınlara ortaq olma səbəbi olaraq "digər tərəflərin də müharibəyə qatılmaqları"nı göstərib.

Şeyx Həsən Nasrallah ayrıca Ərəb dövlətlərinin Suriya rəhbərliyini devirmək istədiyini, özlərinin heç bir müstəqilliyi pozmadıqlarını, Suriya torpaqlarına Suriya hökumətinin razılığıyla girdiklərini bildirib.

Suriyada olma səbəblərinin arasında Seyidə Zeynəb Türbəsini qorumaq olduğunu bildirən Şeyx Həsən Nasrallah Türkiyənin heç kim tərəfindən tanınmayan Süleyman Şah Türbəsini müdafiə etdiyini və həmçinin, Suriyanın müstəqilliyini təhlükəyə saldığını iddia edib.

Tarix
2014.04.01 / 16:59
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Arda Gülərin bu hərəkəti İspaniyanı qarışdırdı - Foto

İƏT Azərbaycanla bağlı 4 qətnaməni yenilədi

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla