Yuxarı

Rusiyadan xəbərdarlıq: “Bizsiz yox olacaqsınız”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan xəbərdarlıq: “Bizsiz yox olacaqsınız”

Rusiya Dnestryanı konfliktinin həlli ilə bağlı danışıqların aktivləşdirilməsində maraqlıdır.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Dmitri Roqozin söyləyib. Dnestryanıdakı iqtisadi problemlərdən bəhs edən Roqozin Moldovanın bu problemlərin həlli istiqamətində pozitiv addımlar atmasını istəyib:

“Biz Dnestrin hər iki sahilinin əhalisinin maraqlarına cavab verəcək şəkildə bu məsələni həll etməyə çalışacağıq. Bizim tətbiq edəcəyimiz həll planında uduzan tərəf olmayacaq. Moldova Rusiya ilə strateji tərəfdaşlıq qurmadan yaşaya bilməz. Bu, təkcə iqtisadi baxımdan yox, həm də Moldova dövlətinin qorunması baxımından da önəmlidir”.

Qeyd edək ki, Roqozin dünən Moldovaya səfər edib. O, ölkə prezidenti İqor Dodonla gecə saat üçdə görüşüb.

Dnestryanı Moldova ərazisidir. 1992-ci ildə Moskvanın aktiv dəstəyi ilə bu ərazi Kişniyovun nəzarətindən çıxıb. Hazırda Dnestryanı ərazisində Rusiya bazaları var.

Tarix
2016.12.24 / 11:17
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

Ermənistandakı bu layihəni alqışlayırıq

Layihələrimiz Avropa üçün strateji əhəmiyyət daşıyır

Bakı və Tiflis daha 18 sənəd imzalayacaq - Nazir

Boçorişvilinin qəbulu ilə bağlı videoçarx paylaşıldı - Video

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Sərdar Kılıç buna görə Paşinyanı təriflədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla