Yuxarı

Xirosimanın son şahidi danışır - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xirosimanın son şahidi danışır - Foto

Yaponiyanın Xirosimo şəhəri 1945-ci il 6 avqust səhərini tamam başqa açdı. Saat 08.15-də bu şəhərə atılan atom bombası insanlıq tarixinə ən böyük faciə kimi düşdü. ABŞ-a aid B29 bombardman uçağı 9600 metr yüksəkliyində 50 kiloqramlıq atom bombasını şəhərin mərkəzinə atdı. Bomba atıldıqdan sonra şəhərdə 4 min dərəcə istilik olub, havadan kül yağıb və 140 min insan həyatını itirib.

Türkiyənin "Xəbərtürk" qəzetinin Xirosimo şəhərində olan müxbiri bu hadisənin şahidi olanları danışdırıb. 78 yaşlı Mieko Okada bu sözləri dilə gətirib:

"Partlayışdan bir az əvvəl bir təyyarə gördüm, ona əl elədim. Sonra bir anda göy üzü alov topuna döndü. O anda inanılmaz isti, səs və işıq hiss etdik. Qardaşlarımla qaçdıq. Anam evdəydi, o, bayıra çıxanda üzü və başı qan içində idi.

Anam və mən həmin saatda məktəbdə olan 12 yaşlı bacımı axtarmağa getdik. Amma onu heç bir zaman tapa bilmədik.

Biz sağ qaldıq, amma qardaşlarımın dərisi ömürlərinin sonuna qədər qara ləkə ilə qaldı. Mənimsə saçların töküldü. Uzun müddət xərçəng xəstəliyindən müalicə olundum. Sonra dünyaya gətirdiyim qızım da bu xəstəliyə tutuldu.

Ömrümüzün sonuna qədər bu acı ilə yaşayacağıq".

Tarix
2014.04.15 / 20:45
Müəllif
Selcan
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla