Yuxarı

Türkiyə-ABŞ qapalı görüşünün - Təfərrüatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əl Babda hansı şəkildə mübarizə apardıqsa, Rakkada da həmin üsulla əməliyyatlar keçirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım ABŞ vitse-prezidenti Mayk Pens ilə qapalı keçən görüşündən sonra deyib.

“Rakkada Azad Suriya Ordusuna dəstək verən hərbi qüvvələrimiz var. Çox güman ki, onlar da əməliyyata dəstək verəcəklər. Artıq ABŞ rəhbərliyi ilə yeni bir səhifə açırıq. ABŞ-a dedik ki, biz Əl Babdan sonra keçiriləcək əməliyyatlara da başlamağa hazırıq. Ancaq bir şərtlə ki, digər terror qruplaşmaları bu əməliyyatın içində yer almasın. Zənnimcə, bu şərtimizi müzakirə edib qərar verəcəklər”, - Yıldırım bildirib.

Mayk Penslə Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi məsələsini də müzakirə etdiklərini qeyd edən baş nazir bunları deyib:

“ABŞ tərəfi bizə bildirdi ki, bu, hüquqi bir məsələdir, lakin razılıqlara uyğun olaraq, məsələnin həllinə ciddi şəkildə çalışacaqlar. Əvvəlki ABŞ rəhbərliyi “Bu, məhkəmənin işidir” deyirdi. Ancaq indi FETÖ mövzusuna fərqli yanaşırlar”.

Tarix
2017.02.20 / 10:58
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla